152
16.09.2025
Sentyabrın 9-dan 12-dək Avstriyanın paytaxtı Vyana şəhərində Miqrasiya Siyasəti üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Praqa Prosesi çərçivəsində insan alverinə qarşı mübarizə üzrə təlim keçirilib.
Avropanın 14 ölkəsindən nümayəndələrin qatıldığı təlimdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi də iştirak edib.
Tədbirdə beynəlxalq təlimçilər iştirakçılara “Miqrasiya kontekstində insan alveri, İnsan alveri və miqrant qaçaqmalçılığı”, “Qeyri-nizama salınmış hüquqi status, tranzit ölkələr üçün çağırışlar, insan alveri – miqrasiya – sığınacaq əlaqəsi, İnsan alveri və əmək miqrasiyası”, “Əmək qanunvericiliyinin pozulması halları, təyinat ölkələrində əmək müfəttişləri üçün çətinliklər, dəyişən tendensiya”, “Kibercinayətkarlıq kontekstində insan alveri, Onlayn mühitdə insan alveri”, “Onlayn aldatma yolu ilə cəlb etmə, alverə kömək və istismar halları ilə mübarizədə mövcud problemlər. Bu cinayətlərin effektiv araşdırılmasına mane olan hüquqi, texniki və informativ baryerlər. Onlayn fırıldaqçılıq və digər cinayətlər məqsədilə insan alveri”, “İnsan alverinə qarşı mübarizədə müəssisələrarası (idarələrarası) yanaşma nədir?”, “Milli İstinad Mexanizmi Konsepsiyaları” və “Maraq tərəfləri arasında əməkdaşlığın təkmilləşdirilməsi və formallaşdırılması, insan alveri işləri üzrə idarələrarası fəaliyyət” mövzularında ətraflı məlumatlar verib, müzakirələr aparılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48