İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

29.08.2025

“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qurbanların Səsi” layihəsi çərçivəsində İsmayıllı rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzində insan alverinə qarşı genişmiqyaslı maarifləndirici tədbir təşkil edib.

Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.

Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb. Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48