152
25.07.2025
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 25-də Lerik rayonunda maarifləndirmə tədbiri keçirilib. “Qurbanların Səsi” mövzusunda tədbirdə rayon İcra Hakimiyyətinin, “XXI Əsrin Qadınları” İctimai Birliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çıxışlarında iştirakçılara Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar barədə ətraflı məlumat veriblər.
Tədbirin əsas məqsədinin insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olduğu diqqətə çatdırılıb.
Mövzu ətrafında müzakirələr aparılıb. Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb, maarifləndirici bukletlər təqdim olunub.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48