İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib

27.06.2025

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan Alverinə qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Zaur İbrahimov və “Hüquqi-Sosial yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov iştirak ediblər.

İnsan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatları Koalisiyasının sədri Mehriban Zeynalova çıxışında Koalisiya təşəbbüs qrupu tərəfindən hazırlanmış təkliflər barədə məlumat verib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hazırlanmış təkliflərdə qeyd olunan müəyyən məsələlərin aktual olduğunu, bəzilərinin “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapdığını qeyd ediblər.

İnsan alveri cinayətlərinin onlayn törədilməsi, cinayətkarların öz qurbanlarını sosial şəbəkə üzərindən cəlb etməsi, cinayətlərin informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi qeyd olunaraq müvafiq normativ hüquqi aktlara zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyədə dəyişikliklər edilməsinin mümkünlüyü bildirilib, hazırlanmış təkliflərin təkmilləşdirilməsinin və gələcəkdə müzakirələrinin aparılmasının zərurliyi vurğulanıb.

QHT sədrləri fəaliyyətlərinə Daxili İşlər Nazirliyinin, eləcə də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək minnətdarlıqlarını bildiriblər.

Səmimi və işgüzar şəraitdə keçirilən görüşdə insаn аlvеrinə qаrşı mübаrizə sahəsində əməkdaşlığın daha da möhkəmkəndirilməsi, mövcud problemlər və görüləcək işlər barədə müzakirələr aparılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48