07.06.2025
İyulun 5-də Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator polis general-leytenantı Seyfulla Əzimov ölkəmizdə səfərdə olan Belarus Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Daxili İşlər Nazirliyində keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov da iştirak edib.
Sonra qonaqlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa və “152 - Qaynar xətt” Xidmətinə baş çəkərək hər iki qurumun fəaliyyəti ilə yaxından tanış olublar.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində də Belarus Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Polis general-mayoru Həzi Aslanov qonaqlara Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik, əməliyyat-axtarış tədbirlərinə dair statistik, həyata keçirilən maarifləndirmə-profilaktik, beynəlxalq əməkdaşlıq, eləcə də insan alveri qurbanlarına göstərilən sosial, hüquqi, tibbi və digər yardımlar haqqında ətraflı məlumat verib.
Səmimi və işgüzar şəraitdə keçirilən tədbirdə qarşı tərəfin bu sahədə təcrübəsi, eləcə də qonaqları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48