30.06.2025
Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupu və Malta Baş nazirinin ofisinin təşkilatçılığı ilə cari il iyunun 10-da və 11-də Malta Respublikasının Rabat şəhərində “Dəyişikliyin təşviqi: İnsan alverinə qarşı mübarizədə texnologiya və süni zəka” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi də iştirak edib.
Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Bölməsinin başçısı, Avropa Şurasının üzvü olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatoru, Birləşmiş Millətlər Təşkilatının İnsan Alverinə qarşı Mübarizə üzrə Xüsusi Məruzəçisi, Avropa Şurasının Demokratiya və İnsan Haqları ofisinin baş direktoru və beynəlxalq ekspertlərin qatıldığı tədbirdə “İnsan alverinə qarşı mübarizədə innovativ texnologiya: çağırış və imkanlar”, “Müdafiə və qarşısını almaqda süni intellektin tətbiqi: insan hüquqlarına təsir”, “İnsan alveri cinayət işlərində elektron sübutların ötürülməsi və təhlükəsizliyi” mövzularında çıxışlar edilib.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48