19.06.2025
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Qazax və Tovuz rayonlarının Dövlət Sosial-İqtisadi kolleclərində və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə maarifləndirmə tədbirləri keçirilib.
“İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbirlərdə Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə iştirakçılara insan alveri probleminin mahiyyəti, insan alverinin formaları, insan alveri qurbanlarının müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və dəstək, “152 - Qaynar xətt” xitməti, insan alverindən zərərçəkənlərin müəyyən edilməsi və onların istiqamətləndirilməsi qaydaları haqqında geniş məlumat verilib.
Mövzu ətrafında diskussiya aparılıb, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara insan alverinə dair maarifləndirici bukletlər paylanılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48