Növbəti maarifləndirici təlim Mərkəzi Neftçilər Xəstəxanasında keçirilib

04.06.2025

Daxili İşlər Nazirliyinin və TƏBİB-in təşkilatçılığı ilə iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasında “İnsan alverinin aşkarlanması və insan orqan və toxumalarının transplantasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti və orqan transplantasiya sahəsində qanunvericiliyin tələbləri mövzusunda çıxış ediblər.

Tibb işçilərinə insan orqan və toxumalarının transplantasiyasının hüquqi və etik tərəfləri, eyni zamanda insan alverinin tibbi müstəvidə tanınması və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48