DİN və TƏBİB-in təşkilatçılığı ilə maarifləndirici təlimlər keçirilib

03.06.2025

Daxili İşlər Nazirliyinin və TƏBİB-in təşkilatçılığı ilə iyunun 2-də “Yeni Klinika” tibb müəssisəsində insan orqan və toxumalarının transplantasiyası üzrə ixtisaslaşmış tibb işçiləri və qeyri-tibbi heyətin iştirakı ilə maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi insan orqan və toxumalarının transplantasiyasında sui-istifadə hallarının qarşısının alınması, insan alverinin aşkar olunması istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsi və tibbi heyətin bu sahədə bilik və bacarıqlarının artırılması olub.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirakçılara insan orqan və toxumalarının qanunsuz dövriyyəsi, bu sahədə baş verə biləcək risklər, insan alverinin əsas əlamətləri və aşkar olunma üsulları barədə ətraflı məlumat verib.

Tədbirdə mövzular üzrə müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48