01.06.2025
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə mayın 23-dən 27-dək Quba, Astara, Lənkəran və Masallı rayonlarında daha bir neçə orta ixtisas təhsil müəssisələrində marifləndirmə tədbirləri keçirilib. “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbirlərdə Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə iştirakçılara “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilib və müzakirələr aparılıb.
Sonda iştirakçıların sualları ətraflı cavablarlandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48