DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda marifləndirmə tədbirləri davam etdirilir

02.06.2025

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə 16-21 may tarixlərində daha bir neçə orta ixtisas təhsil müəssisələrində marifləndirmə tədbirləri keçirilib. “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbirlərdə Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri də iştirak ediblər.

Azərbaycan Milli Konservatosiyası nəzdində Musiqi Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Rabitə və Nəqliyyat Kolleci, Şuşa Humanitar Kolleci və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində keçirilən tədbirlərdə iştirakçılara “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilib və müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları ətraflı cavablarlandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48