30.05.2025
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ağstafa rayonu ərazisində yerləşən heyvandarlıq təsərrüfatında bir nəfəri məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Qazax rayon sakini, 49 yaşlı E.Əliyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən E.Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48