İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

19.05.2025

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatları Koalisiyasının nümayəndələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan polis general-mayoru Həzi Aslanov son 20 ildə respublikada insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər, ölkəmiz tərəfindən ratifikasiya edilmiş beynəlxalq sənədlər, bu sahəni ehtiva edən qəbul edilmiş qanun və qərarlar, beynəlxalq və vətəndaş cəmiyyət ilə əməkdaşıq barədə ətraflı məlumat verib.

O, Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatları Koalisiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən ötən il və cari ilin müvafiq dövründə də insan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının sosial reabilitasiyası işlərində qeyri-hökumət təşkilatlarının fəal iştirak etdiyini qeyd edib, insan alverinə qarşı mübarizə fəaliyyətində fəal iştirak edən QHT rəhbərlərinin hər il Daxili İşlər Nazirliyinin əmri ilə mükafanlandırıldığını bildirib.

Tədbirdə insаn аlvеrinə qаrşı mübаrizə sahəsində əməkdaşlığın daha da möhkəmkəndirilməsi, mövcud problemlər və görüləcək işlər barədə müzakirələr aparılıb.
QHT rəhbərləri çıxışlarında bu istiqamətdə onlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda polis general-mayoru Həzi Aslanov insаn аlvеrinə qаrşı mübаrizə sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin zəruri olduğunu bildirərək QHT rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48