152
17.05.2025
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Polis Akademiyasında "İnsan alveri cinayətlərinin qarşısının alınması və açılması" mövzusunda mühazirə keçirilib.
III kurs kursantları ilə keçirilən mühazirədə Baş İdarənin əməkdaşları insan alveri cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilmə üsul və metodları, o cümlədən, insan alverinə qarşı mübarizə üzrə cinayət təqibi orqanının, xüsusən Daxili İşlər Nazirliyinin və onun struktur qurumlarının səlahiyyəti, qarşılıqlı işi, müvafiq sahədə preventiv, müdafiə etmə tədbirlərinin icra mexanizmi, qarşıda duran vəzifələr və onların həlli yolları barədə geniş məlumat veriblər.
Sonda kursantların sualları ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48