DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda marifləndirmə tədbirləri keçirilir

16.05.2025

7-13 may tarixlərində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə bir neçə orta ixtisas təhsil müəssisələrində marifləndirmə tədbirləri keçirilib. “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbirlərdə Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri də iştirak ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Dövlət Sosial İqtisad və Qida Sənayesi Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində keçirilən tədbirlərdə iştirakçılara “insan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilib və müzakirələr aparılıb. Sonda iştirakçıların sualları ətraflı cavablarlandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48