“Azərbaycanda uşaqların zorakılıq, cinsi istismar və seksual xarakterli hərəkətlərdən, o cümlədən rəqəmsal mühitdə müdafiəsi” adlı layihənin işçi qrupunun növbəti iclası baş tutub

28.04.2025

Avropa Şurasının Bakı Ofisi tərəfindən həyata keçirilən, 2025-2026-cı illəri əhatə edəcək “Azərbaycanda uşaqların zorakılıq, cinsi istismar və seksual xarakterli hərəkətlərdən, o cümlədən rəqəmsal mühitdə müdafiəsi” adlı layihənin növbəti - sayca 3-cü müzakirəsi keçirilib.

Bakı şəhərində yerləşən “JW Marriott Absheron” otelində baş tutan tədbirdə layihənin tərəfdaşları olan dövlət qurumları – Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Məhkəmə Hüquq Şurası, Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) Aparatının nümayəndələri iştirak ediblər. 

İclası giriş sözü ilə açan Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Siç layihənin icrasına dəstək verdiklərinə görə iştirakçı dövlət qurumlarına minnətdarlığını bildirib. Layihənin aktuallığı və hədəfləri barədə iştirakçılara məlumat verilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin nümayəndələri kiberməkanda uşaqların cinsi istismara və cinsi zorakılığa məruz qalmasının qarşısının alınması və kibertəhlükəsizlik istiqamətində görülmüş işlər barədə çıxış edərək ətraflı məlumat veriblər. 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48