26.04.2025
Azərbaycan tərəfindən Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə üzrə Konvensiyasının icrası ilə bağlı GRETA-nın üçüncü qiymətləndirmə hesabatına və Tərəflər Komitəsinin tövsiyəsinə dair dəyirmi masa keçirilib.
Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Siç və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov açılış nitqi ilə çıxış ediblər.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun, Beynəlxalq Əməkdaşlıq İdarəsinin, Polis Akademiyasının, aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masada “İnsan alveri qurbanlarının ədalət mühakiməsinə çıxışı və effektiv hüquqi müdafiə vasitələri”, “İnsan alverinə qarşı cinayət ədaləti üzrə tədbirlər”, “Əvvəlki qiymətləndirmə mərhələsindən irəli gələn məsələlərin izlənilməsi”, “Əlaqələndirmə və əməkdaşlıq” mövzularında geniş müzakirələr aparılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48