DİN-in Polis Akademiyasında insan alverinə qarşı mübarizə mövzusunda mühazirə keçirilib

22.04.2025

Aprelin 22-də DİN-in Polis Akademiyasında ixtisasartırma kurslarına cəlb edilmiş əməkdaşlara “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası” mövzusunda mühazirə keçirilib.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi polis polkovniki Araz Babayev insan alverinə qarşı mübarizə sahəsində qəbul edilmiş qanunvericilik aktları, dövlət tərəfindən ratifikasıya edilmiş beynəlxalq müqavilə və sazişlər, eləcə də ölkəmizdə bu istiqamətdə görülmüş işlər və aparılan tədbirlər barədə dinləyicilərə geniş məlumat verib.
Mühazirənin sonunda dinləyicilərin sualları ətraflı cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48