21.04.2025
Aprelin 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris Mərkəzində miqrasiya xidməti əməkdaşları üçün növbəti təlim təşkil edilib.
“İnsan alverində gender xüsusiyyətləri” mövzusunda keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı V.Naməndzadə “İnsan alverinə qarşı mübarizə”, “İnsan alverində gender xüsusiyyətləri”, “Milli qanunvericilik”, “İnsan alveri qurbanlarının müdafiəsi” və sair mövzularda çıxış edib. İştirakçılara insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə geniş məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48