DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə təlim keçirilib

16.04.2025

Aprelin 12-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin təlim mərkəzində ali təhsil müəssisələrinin tələbələrinin və müxtəlif sahələr üzrə fəaliyyət göstərən gənclərin iştirakı ilə təlim keçirilib.

"Miqrasiya məktəbi-7" layihəsi çərçivəsində "İnsan alverinə qarşı mübarizə" mövzusunda tələbə və gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişləri aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədilə keçirilən təlimdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı V.Naməndzadə təlimçi qismində iştirak edib.

Hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yenicə başa vurmuş şəxslərə ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə profilaktiki iş, cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi və s. tədbirlər barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48