ATƏT-in İnsan Alverinə qarşı Mübarizə Üzrə Alyansının 25-ci Konfransı keçirilib

09.04.2025

Martın 31-də və aprelin 1-də Avstriyanın Vyana şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Alverinə Qarşı Mübarizə Üzrə Alyansının növbəti 25-ci Konfransı keçirilib.

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə xüsusi nümayəndəsi və koordinatoru Kari Constonun sədrliyi ilə keçirilən konfransda ATƏT-in üzvü və müşahidəçi olan dövlətlərdən olan nümayəndələr iştirak edib.
Tədbirdə ATƏT-in Baş katibi, Finlandiyanın ədliyyə naziri, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Ofisinin direktoru, BMT-nin İnsan Alveri, Xüsusilə Qadın və Uşaq Alveri Üzrə xüsusi məruzəçisinin çıxışları dinlənilib, BMT-nin Narkotik və Cinayətkarlıq Ofisi, Birləşmiş Krallıq, Slovakiya və Avstraliyadan olan ekspertlər təqdimatlar ediblər.

“Uşaqların Müdafiəsi, Gələcəyin Formalaşdırılması: Uşaq Alverinin Sonlandırılmasına Çağırış” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi S.Qarayev iştirak edib. O, çıxışında uşaqlar haqqında strategiya, bununla bağlı milli fəaliyyət planı, cinayət təqibinin xüsusi qaydası, cinsi istismara və cinsi zorakılığa məruz qalmış uşaqların müdafiəsi və onlara göstərilən yardımlar, bununla bağlı dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələr, ölkəmizdə görülmüş işlərin beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyət göstərən qurumları tərəfindən yüksək qiymətləndirilməsi barədə ətraflı məlumat verib, uşaqların cinsi istismarı və cinsi zorakılığına qarşı mübarizədə hökumətin qətiyyətli iradə nümayiş etdirdiyini qeyd edib.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48