Bakı Dövlət Universitetində insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib

03.12.2024

Noyabrın 26-da Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Hüquq fakültəsində insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib.
Hüquq fakültəsinin tələbə və müəllim kollektivinin qatıldığı tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak ediblər.
Səmimi və işguzar şəraitdə keçirilən təlimdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hüquq fakultəsinin tələbələrinə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar veriblər.
Mövzular ətrafında dinləyiciləri maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48