“İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim kursu keçirilib

10.11.2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Prioritet Sosial İqdisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyi ilə birgə “İnsan alverinə qarşı mübarizə sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim kursu təşkil edib.

Oktyabrın 29 da və 30-da keçirilən təlimlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da iştirak edib.

Səmimi və işgüzar şəraitdə keçirilən təlim zamanı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirakçılara Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında maarifləndirici məlumatlar veriblər.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48