05.11.2024
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən E.Məmmədova tutulmuşdur.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilmişdir.
Məhkəmənin hökmünə əsasən E.Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48