05.11.2024
28-30 oktyabr tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində İNTERPOL-un İnsan Alveri və Miqrant Qaçaqçılığı Üzrə Ekspert Qruplarının növbəti 12-ci Qlobal Konfransı keçirilmişdir.
İNTERPOL-un Baş Katibliyi və Sebiya Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı, beynəlxalq polis təşkilatının İnsan Alveri Üzrə Ekspertər Qrupu və Miqrant Qaçaqçılığına Qarşı Mübarizə Üzrə Xüsusi Əməliyyat Şəbəkəsinin moderatorluğu ilə keçirilən konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi S.Qarayev iştirak etmişdir.
S.Qarayev konfransda çıxış edərək “İnsan orqan və toxumalarının transplantasiyası haqqında Qanun”un tələblərinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İnsan Orqan və Toxumalarının Transplantasiyası Üzrə Etika Komissiyasının yaradıldığını bildirmiş, həmin komissiya tərəfindən insan orqanlarının qanunsuz transplantasiyası halları şübhəsi ilə toplanmış materialların cinayət təqibi orqanına göndərildiyini və qeyd olunan hallar üzrə cinayət təqibi başlanıldığını nəzərə çatdırmışdır.
Azərbaycanın bu təcrübəsinin maraqlı olduğundan Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən öyrəniləcəyi qeyd olunmuşdur.
Konfransda çıxışlar dinlənilmiş, İNTERPOL-un cinayət axtarış zabitləri insan alveri və miqrant qaçaqçılığı üzrə təşkilat tərəfindən dünyanın müxtəlif bölgələrində keçirilmiş əməliyyat tədbirləri barədə təqdimatlar etmişlər.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48