21.10.2024
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi Şamaxı Regional “ASAN xidmət” Mərkəzinin əməkdaşları və ASAN könüllüləri ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Oktyabrın 19-da Şamaxı Regional “ASAN xidmət” Mərkəzində baş tutan tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları “Qanunvericilik, insan alverinə qarşı mübarizə fəaliyyətində qarşılıqlı əlaqənin təşkili və bu sahədə milli fəaliyyət planları” mövzusunda çıxışlar edib, insan alverinə qarşı mübarizə üzrə cinayət təqibi orqanının, xüsusən Daxili İşlər Nazirliyinin və onun struktur qurumlarının səlahiyyəti, qarşılıqlı işi, müvafiq sahədə preventiv, müdafiə etmə tədbirlərinin icra mexanizmi, qarşıda duran vəzifələr və onların həlli yolları barədə ətraflı məlumat veriblər.
İşgüzar şəraitdə keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48