02.10.2024
Daxili İşlər və Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə 25-27 sentyabr tarixlərində Şəki və Balakən rayonlarında yerləşən təhsil müəssisələrində “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
İnteqrasiya Təlimli İnternat Tipli gimnaziyalarda keçirilən görüşlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları müəllim və tələbələrə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, insan alverinin doğurduğu təhlükələr və bu cinayətdən qorunmaq mövzularında maarifləndirici məlumatlar vermişlər.
Tədbirlər zamanı çoxsaylı suallar ətraflı cavablandırılmış, iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48