23.09.2024
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim təşkil olunub.
Sentyabrın 19-da Dövlət Miqrasiya Xidmətində “İnsan alveri qurbanlarının kompensasiya alma hüququ” mövzusunda keçirilən təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən ölkəmizdə insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insan alverinin profilaktikası, insanların istismar edilməsinin forma və üsulları, insan alveri qurbanlarının konpensasiya alma hüquqları mövzusunda ətraflı məlumat verilib.
Mövzular ətrafında müzakirələr aparılmış və suallar İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən ətraflı cavablandırılmışdır.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48