16.09.2024
2024-cü ilin 10-11 sentyabr tarixlərində Strasburq şəhərində Avropa Şurasının Miqrasiya və Qaçqınlar üzrə Xüsusi Nümayəndəliyinin Ofisi və Cinayət Problemləri üzrə Avropa Komitəsinin birgə təşkilatçılığı ilə Miqrant Qaçaqçılığı üzrə 2-ci Beynəlxalq Konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə bu sahədə olan beynəlxalq normativ hüquqi aktlar, konvensiyalar və qanunvericilik, miqrantların qaçaq yolla sərhədləri keçmələri barədə çıxışlar dinlənilib, Avropa Şurasına üzv dövlətlərin ölkə təcrübələri, bu sahədə lazımi ehtiyac və təcrübi yanaşmalar barədə müzakirələr aparılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48