26.08.2024
23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd Xidməti əməkdaşları üçün “İnsan alveri və tənzimlənməyən miqrasiyaya qarşı mübarizə, miqrant qaçaqçılığının qarşısının alınması və saxta sənədlərin aşkarlanması” mövzuları üzrə keçirilmiş təlimdə DİN-in İAQMBİ-nin əməkdaşları Vamiq Naməndzadə təlimçi, Sərxan Ağamirov və Kamil Abdullayev isə dinləyici qismində iştirak etmişdir.
Təlimdə polis polkovnik-leytenantı Vamiq Naməndzadə tərəfindən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi, miqrantların gələcəkdə insan alverinin qurbanına çevrilməsi riskləri və sair mövzular tədris edilmişdir.
Təlimdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatı və ona tabeli qurumların 8, Dövlət Sərhəd Xidmətinin 2 əməkdaşı iştirak etmişdir.
Keçirilmiş təlim dinləyicilərin xüsusi marağına səbəb oldu və mövzular ətrafında dinləyicilər tərəfindən verilmiş çoxsaylı suallar V.Naməndzadə tərəfindən ətraflı şəkildə cavablandırılmışdır..
Bundan başqa tədbirə video görüntü ilə qoşulan Beynəlxalq Miqrasiya Təşkilatının eksperti tərəfindən “Miqrant qaçaqçılığına qarşı mübarizə” mövzusu üzrə çıxış edilmiş və ekspert tərəfindən verilmiş suallar qanunvericiliyin tələblərinə əsasən V.Naməndzadə tərəfindən cavablandırılmışdır.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48