Nümayəndəmiz Bişkek şəhərində keçirilən görüşdə iştirak etmişdir

09.08.2024

2024-cü ilin 5-6 avqust tarixlərində Qırğız Respublikasının Bişkek şəhərində İnsan alveri ilə əlaqədar cinayət tədqiqatları üzrə məşvərətçi qrupun görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin İnformasiya təminatı və analitik iş şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə və Baş Prokurorluğunun idarə prokuroru Cəsarət Əzizov iştirak etmişdir.
Görüşün keçirilməsində məqsəd insan alveri ilə bağlı cinayət halları sahəsində sərhədyani əməkdaşlığın gücləndirilməsi olmuşdur. Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin (UNODC ROCA) və Mərkəzi Asiya dövlətlərinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin məsul şəxsi açılış nitqi ilə çıxış edərək müzakirə olunacaq əsas sahələr, iştirakçıların təqdimatı, görüləcək işlər, tədbirdə gözlənilən nəticələr, transmilli cinayətlərin aradan qaldırılmasında və transsərhəd araşdırmaları zamanı hüquq-mühafizə orqanlarının rolu barədə geniş məlumat vermişdir.
Daha sonra tədbirə dəvət olunmuş iştirakçı dövlətlərin nümayəndələri tərəfindən insan alverinə qarşı mübarizə fəaliyətinə dair ölkə təcrübələri barədə çıxış etmələri üçün söz verildi.
Tədbirdə ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə profilaktiki iş, cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi və s. tədbirlər barədə geniş məlumat verilmişdir.
Tədbirin sonunda moderatorlar tərəfindən Azərbaycan Respublikasında insan alverinə qarşı aparılan mübarizə fəaliyyətinin səmərəliliyi xüsusi qeyd olunmuşdur.
Görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48