Polis əməkdaşları üçün təlim keçirilib

25.04.2023

Aprelin 25-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə bir sıra xidmət sahələrinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə virtual təlim təşkil edilib. Tədbirdə 78 polis orqanını təmsil edən 820-dən çox polis əməkdaşı iştirak edib.

Təlimdə İnsan Alverinə Qarşı Mübaizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev və baş əməliyyat müvəkkili Vamiq Naməndzadə “İnsan alveri və məcburi əmək cinayətləri – transmilli mütəşəkkil cinayətkarlığın növü kimi”, “İnsan alveri cinayəti ilə ictimai mənəviyyat əleyhinə olan cinayətlərin fərqləndirilməsi” və “İnsan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınması və profilaktikası” mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda polis əməkdaşları tərəfindən verilmiş çoxsaylı suallar ətraflı şəkildə cavablandırlıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48