Daha bir insan alverçisinə hökm oxundu

08.12.2022

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elnarə Məmmədovanın Azərbayan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Nazilli şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. E.Məmmədova Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin himayəsində azyaşlı ovladı olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi uşaq yetkinlik yaşına çatanədək təxirə salınıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48