Nümayəndə heyətimiz ABŞ-da səfərdə olub

24.09.2022

Sentyabrın 7-dən 17-dək İnsan alverinə qarşı mübarizə fəaliyyəti ilə məşğul olan nümayəndə heyətimiz ABŞ Konqresinin Açıq Dünya Ziyarət Proqramı çərçivəsində Vaşinqton və Çikaqo şəhərlərində səfərdə olub.

Nümayəndə heyətinin tərkibində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları təmsil olunublar.

Təmsilçilərimiz səfər proqramı çərçivəsində Dövlət Departamenti, Konqresin Beynəlxalq Liderliyi Üzrə Agentliyi, ABŞ Məhkəmələrinin İnzibati İşlər İdarəsinin nümayəndələri, İllinoys və Loyala Universitetlərinin professorları, ABŞ Konqresinin Senat köməkçisi, Çikaqo şəhərinin Kuk dairəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları, “Heartland Alliance” və “Qurtuluş Ordusu” Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri ilə insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı görüşlər keçirib, müzakirələr aparıblar.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə İllinoys Ştatının Çikaqo şəhərindəki Loyola Univeristetinin Hüquq fakultəsinin tələbələri qarşısında “İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik” mövzusunda mühazirə oxuyub, verilmiş çoxsaylı suallar ətraflı cavablandırıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48