Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib

19.05.2022

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyə Respublikasında yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulmuşdur.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48