Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən maaraifləndirmə tədbirləri keçirilmişdir

12.05.2022

Ötən ay, yəni 2022-ci ilin aprel ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 10 ali təhsil ocağının nəzdində olan kolleclərdə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maaraifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərdə mindən artıq tələbə və müəllim iştirak etmiş, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilmişdir.
Keçirilmiş təlim iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılmışdır.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48