“İnsan Alverinə qarşı Mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində təlim keçirilmişdir

22.04.2022

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində ilk yardım tərəflərinin insan alveri qurbanlarını aşkarlama, müəyyən etmə və istiqamətləndirmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 12-15 aprel 2022-ci il tarixlərdə Lənkəran şəhərində silsilə təlim keçirilmişdir.

Təlimin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri xanım Ersiliya Apreda çıxış etmiş, dinləyicilərə və təlimçilərə uğurlar arzu etmişdir. Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti, Lənkəran ŞRPŞ-nin əməkdaşları, o cümlədən digər aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların üzvləri iştirak etmişlər.

Təlimdə Baş İdarənin əməkdaşları tərəfindən Azərbaycanda insan alveri üzrə milli qanunvericilik, “İnsan alverinə qarşı mübarizə üzrə Azərbaycan strategiyası”, “Standard Fəaliyyət Prosedurları”nın əlaqəli qurumlar və qurbanlar perspektivindən təsviri, ilkin tanınma, yoxlama, təhqiqat, “Milli İstiqamətləndirmə Mexanizmi” mövzuları üzrə təqdimat keçirilmiş, qurbanlarla etik kommunikasiya, etik davranışı təşviq etmək və təkrar qurbanlaşdırmanın qarşısını almaq üçün strategiyalar, istiqamətləndirmənin praktiki tətbiqi, insan alveri qurbanlarına yardım mərkəzləri və sığınacaqlar, yardımın planlaşdırılması və çatdırılması, “İnsan alverinin növləri və onlar arasında fərqin dəyərləndirilməsi” mövzularında çıxışlar olunmuşdur.

Tədbirin sonunda müvafiq qiymətləndirilmələr aparılmış, iştirakçılar sertifikatlarla təltif edilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48