İnsanları Bakı şəhərinin Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoyan şəxsə hökm oxundu

05.04.2022

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İsmayılov Fazil Savalan oğlunun Azərbaycan Respublikasının vətəndaşlarını Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoyması faktı aşkar edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilmiş, məhkəmənin hökmü ilə İsmayılov Fazil Savalan oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48