Oktyabrın 7-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Hüquq-mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyi tərəfindən (CEPOL) 2021-ci il ərzində hüquq-mühafizə orqanları üçün həyata keçiriləcək mübadilə proqramı çərçivəsində görüş keçirilmişdir.

12.10.2021

Görüşdə Baş İdarənin rəis müavini polis polkovniki Samir Zeynalov, şöbə rəisi polis polkovnik-leytenantı Ramil Kazımov, Baş İdarəyə ezam olunmuş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, Polis Akademiyasının bölmə rəisi polis polkovnik-leytenantı Elçin Orucov, qarşı tərəfdən isə Yunanıstan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müstəntiqi Georgius Mandalis iştirak etmişdir.

Görüş zamanı Baş İdarənin rəis müavini Samir Zeynalov tərəfindən Azərbaycan Respublikasında insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik, beynəlxalq əməkdaşlıq, cəza-icra prinsiplərinin hüquqi aspektləri, insan alveri qurbanlarının müəyyən edilməsi mexanizmləri, bu sahədə normativ-hüquqi baza, qurbanların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, sosial, tibbi, və psixoloji tədbirlər haqqında geniş məlumat verilmişdir.

Bundan başqa çıxış edən Yunanıstan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müstəntiqi Georgius Mandalis tərəfindən Yunanıstanda insan alverinə qarşı aparılan mübarizə fəaliyyəti barədə məlumat verilmişdir.
Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə keçirilmiş və qarşı tərəfi maraqlandıran suallar cavablandırılmışdır.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48