2020-ci ilin 29 iyul tarixində insan alveri və ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN könüllülərindən 100 nəfərinə videokonfrans formatında maarifləndirici tədbir keçirilmişdir

29.07.2020

2020-ci ilin 29 iyul tarixində insan alveri və ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN könüllülərindən 100 nəfərinə “30 iyul - İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr edilmiş videokonfrans formatında keçirilmiş maarifləndirici görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov mühazirəçi qismində iştirak etmişdir.
Videokonfrans formatında keçirilmiş görüşdə müasir dünyada “Modern köləlik” adlandırılan insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratması, cəmiyyətdə şəxsiyyətin azadlığı və ləyaqətinin qorunmasının əhəmiyyəti, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması və insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinin təşkili mövzusu barədə geniş məlumat verilmiş, suallar ətraflı cavablandırılmışdır.
Onlayn görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48