2020-ci ilin 23 noyabr tarixində Avropa Şurası Konvensiyasının (Lansarote Konvensiyası) “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Tərəflər Komitəsinin onlayn videkonfrans formatında 29-cu iclası keçirilmişdir

23.11.2020

23 noyabr 2020-ci il tarixdə Avropa Şurası Konvensiyasının (Lansarote Konvensiyası) “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Tərəflər Komitəsinin 29-cu iclasında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirak etmişdir.
Həmçinin Tərəflər Komitəsinin 29-cu iclasına Avropa Şurasına üzv ölkələrin 60 dan çox nümayəndəsi, əsas beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətlərinin bir sıra nümayəndələri onlayn qoşulmaqla iştirak etmişdir.
İclasda Konvensiyanın icrasına nəzarət (monitorinq) mexanizmi və hesabat layihəsi gözdən keçirilmiş, hesabat layihəsində yer alan tövsiyələrə dair rəy və təkliflər dinlənilmiş, əsasən COVİD-19 pandemiyası dövründə uşaqların onlayn cinsi istismarı məsələləri geniş müzakirə olmuşdur.
Eyni zamanda iclasda “Qaçqın böhranına məruz qalmış uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında, habelə məlumat və yaxşı təcrübə mübadiləsi, qanunvericiliklərdə mövzu üzrə edilən son dəyişiklik və əlavələr, nəzərdə tutulan strategiyalar müzakirə edilmiş, həmçinin “COVİD-19 pandemiyası dövründə uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” mövzusu nəzərdən keçirilmişdir.
İclasda çıxış edən müxtəlif ölkələrin nümayəndələri tərəfindən insan alverinin cinayət təqibi, məhkəmələrdə insan alverçilərinə çıxarılan hökmlər, uşaq alveri, uşaqların qanunsuz miqrasiyası, müşayiət olunmayan və qeydiyyata alınmayan uşaqlara münasibətdə mövcud problemlər müzakirə olunaraq bu sahə üzrə əməkdaşlığın vacib olduğu və bu cinayət növünün daim gündəmdə olduğu vurğulanmışdır.
Onlayn görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48