2020-ci ilin 21-25 sentyabr tarixlərində Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” AŞ Konvensiyasının (Lansarote Konvensiyası) Tərəflər Komitəsinin videkonfrans formatında 28-ci iclası keçirilmişdir

25.09.2020

21-25 sentaybr 2020-ci il tarixlərdə Fransanın Strasburq şəhərində videkonfrans formatında keçirilmiş Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” AŞ Konvensiyasının (Lansarote Konvensiyası) Tərəflər Komitəsinin 28-ci iclasında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişdir.
Həmçinin Tərəflər Komitəsinin 28-ci iclasında Avropa Şurasına üzv ölkələrin 52-55 nümayəndəsi, əsas beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri video konfrans formatında onlayn qoşulmaqla iştirak etmişdir.
İclasda Konvensiyanın icrasına nəzarət (monitorinq) mexanizmi və hesabat layihəsi gözdən keçirilmiş, hesabatda struktur, təqdimat və bəzi tövsiyələrə dair məqamlar müzakirə edilmiş, həmçinin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir.
Eyni zamanda iclasda “Qaçqın böhranına məruz qalmış uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında, habelə məlumat və yaxşı təcrübə mübadiləsi, qanunvericiliklərdə mövzu üzrə edilən son dəyişiklik və əlavələr, nəzərdə tutulan strategiyalar, “Covid-19 pandemiyası dövründə uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” mövzusu müzakirə edilmişdir.
Tədbirdə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” 18 noyabr Avropa Günü kimi beynəlxalq tədbirin diqqət mərkəzində olduğu və bu məqsədlə geniş miqyasda həm fiziki, həm də onlayn formatda maarifləndirmə işinin təşkil ediləcəyi qeyd edilmişdir. Bununla yanaşı pandemiya dövründə uşaqların internetdən daha çox istifadə etməsi və onlayn istismara məruz qala bilmə riskinin çox yüksək olduğu vurğulanmışdır.
İclas zamanı müxtəlif ölkələrin nümayəndələri tərəfindən insan alverinə qarşı mübarizə ilə bağlı əməkdaşlığın vacibliyi qeyd edilmişdir.
Onlayn görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48