2020-ci ilin 17 sentyabr tarixdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Təşkilatçılığı ilə “Avropa İttifaqının qayıdış üzrə əməliyyatları və COVİD 19 pandemiyasının təsiri” mövuzusunda onlayn formatda vebinar keçirilmişdir

17.09.2020

2020-ci ilin 17 sentyabr tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə onlayn formatda “Avropa İttifaqının qayıdış üzrə əməliyyatları və COVİD 19 pandemiyasının təsiri” mövuzusunda vebinar keçirilmişdir. Vebinarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Dövlət Sərxəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı və sair qurumların nümayəndələri iştirak etmişdir.
Vebinarda MSİBM-in Regional Portfolia Meneceri Violetta Vaqner açılış nitqi ilə çıxış etmiş, ekspert qismində dəvət olunmuş Frontex-in (Avropa İttifaqının Sərhəd Təhlükəsizliyi Agentliyi) Qayıdış üzrə Avropa Mərkəzinin əməliyyatlar üzrə eksperti Alberto Toddeo sığınacaq, qayıdış prosedurları və köçürülmə sahəsində Avropa İttifaqının (Aİ) müvafiq qaydalarının icrası üzrə Avropa Komissiyasının 2020-ci ilin aprelində qəbul olunmuş COVİD-19 Təlimatına uyğun həll yolları mövzusunda təqdimat keçirmişdir.
Onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48