2020-ci ilin 12 noyabr tarixində “Uşaqlar tərəfindən hazırlanmış cinsi xarakterli görüntü/videoların yayılması ilə əlaqədar risklərin aradan qaldırılması ilə bağlı təhsil sahəsində görülə biləcək tədbirlər” mövzusunda vebinar keçirilmişdir

12.11.2020

2020-ci ilin 12 noyabr tarixində Kudo onlayn platforması vasitəsilə “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi ilə bağlı Avropa günü” münasibətilə “Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihə çərçivəsində “Uşaqlar tərəfindən hazırlanmış cinsi xarakterli görüntü/videoların yayılması ilə əlaqədar risklərin aradan qaldırılması ilə bağlı təhsil sahəsində görülə biləcək tədbirlər” mövzusunda təşkil edilmiş vebinarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirak etmişdir.
Vebinarda “uşaqların özləri tərəfindən internet resurslarında yerləşdirdikləri erotik kontentli şəkillərin/videoların qarşısının alınması məqsədilə təhsil yolu ilə maarifləndirmə”, “uşaqların özləri tərəfindən internet resurslarında yerləşdirdikləri erotik kontentli şəkillər/videolar dedikdə nə başa düşülür” və “cinsi təhsilə olan ehtiyac və bu təhsilin təsirləri” mövzuları müzakirə olunaraq bir sıra beynəlxalq təşkilatların ekspertləri tərəfindən onlayn təqdimatlar edilmişdir. Covid-19 pandemiya dövründə internet resursları vasitəsilə onlayn istismarın artdığı və xüsusilə uşaqların bu bəlaya qarşı daha həssas olduqları təəssüflə qeyd olunmuşdur.
Eyni zamanda uşaqların etibarından sui-istifadə edilərək onların özləri üçün hazırladıqları intim kontentli şəkil və videoların əldə edilməsi və müxtəlif erotik internet saytlarında yerləşdirilərək cinayətkarlar tərəfindən mənfəət əldə edildiyi də xüsusilə vurğulanmışdır. Bunun həlli olaraq təhsil və digər vasitələrlə uşaqları maarifləndirmək, daha diqqətli olmalarını və bu risklərdən uzaq durmalarını təşkil etmək nəzərdə tutulmuşdur.
Onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48