2020-ci ilin 07-10 dekabr tarixlərində Avropa Şurası Konvensiyasının (Lansarote Konvensiyası) “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Tərəflər Komitəsinin videkonfrans formatında 30-cu iclası keçirilmişdir

10.12.2020

07-10 dekabr 2020-ci il tarixlərində Fransanın Strasburq şəhərində Kudo onlayn platforması vasitəsilə təşkil edilmiş Avropa Şurası Konvensiyasının (Lansarote Konvensiyası) “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Tərəflər Komitəsinin 30-cu iclasında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirak etmişdir.
Həmçinin Tərəflər Komitəsinin 30-cu iclasında Avropa Şurasına üzv ölkələrin 50-dən çox nümayəndəsi, əsas beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətlərinin bir sıra nümayəndələri video konfrans formatında onlayn qoşulmaqla iştirak etmişdir.
İclasda Konvensiyanın icrasına nəzarət (monitorinq) mexanizmi və hesabat layihəsi gözdən keçirilmiş, hesabatda struktur, təqdimat və bəzi tövsiyələrə dair məqamlar, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilmiş, hesabat layihəsində yer alan tövsiyələrə dair rəy və təkliflər dinlənilmiş, əsasən COVİD-19 pandemiyası dövründə uşaqların onlayn cinsi istismarı məsələləri geniş müzakirə olmuşdur.
Eyni zamanda uşaqların özündə cinsi xarakterli məqamları əks etdirən foto və video materialları internet səhifələrində özləri tərəfindən yerləşdirmələri və nəticədə bu erotik kontentli foto və videolardan istismar məqsədilə istifadə halları da xüsusilə diqqətə çatdırılmışdır.
İclasda çıxış edən müxtəlif ölkələrin nümayəndələri tərəfindən insan alverinin cinayət təqibi, məhkəmələrdə insan alverçilərinə çıxarılan hökmlər, uşaq alveri, uşaqların qanunsuz miqrasiyası, müşayiət olunmayan və qeydiyyata alınmayan uşaqlara münasibətdə mövcud problemlər müzakirə olunaraq bu sahə üzrə əməkdaşlığın vacib olduğu və bu cinayət növünün daim gündəmdə olduğu vurğulanmışdır.
Onlayn görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48