2020-ci ilin 3-4 noyabr tarixlərində ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə Xüsusi Nümayəndəsi və Əlaqələndirici Ofisi tərəfindən təşkil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorlar və Məruzəçilər və ya ona bərabər tutulan mexanizmlərin onlayn formatda görüşü keçirilmişdir

03.11.2020

3-4 noyabr 2020-ci il tarixlərdə ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə Xüsusi Nümayəndəsi və Əlaqələndirici Ofisi tərəfindən təşkil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorlar və Məruzəçilər və ya ona bərabər tutulan mexanizmlərin onlayn formatda keçirilmiş görüşündə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirak etmişdir.
Görüşdə Milli Koordinatorlar və Məruzəçilər və ya ona bərabər tutulan mexanizmlər üçün faydalı ola biləcək COVİD-19 pandemiyasının insan alverinə qarşı mübarizənin müxtəlif aspektləri ilə bağlı yaratdığı problemlər, onların aradan qaldırılması, qurbanların qorunması, beynəlxalq müdafiəyə çıxış imkanları, insan alverçilərinin mühakimə olunması məsələləri müzakirə olunmuşdur.
Eyni zamanda insan alverinə qarşı cavab tədbirlərinə COVID-19 pandemiyasının yaratdığı problemlərin daha yaxşı başa düşülməsi, pandemiya işığında insan alverinə qarşı genişləndirilmiş tədbirlərə ehtiyac: insan alverinin qarşısının alınmasında müsbət təcrübələr və yeni kontekstdə insan alverçilərinin mühakimə olunması, İnsan alveri: Komissiyanın Üçüncü İnkişaf Hesabatının nəticələri və insan alverinə qarşı mübarizədə Avropa Şurasının irəli yolu, insan alveri qurbanlarının beynəlxalq müdafiədən istifadə imkanları, yeniliklər barədə geniş müzakirələr aparılmışdır.
Onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48