DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının regional idarəsinin məsul əməkdaşı Denise Lassarın rəhbərlik etdiyi heyət ilə görüş keçirilmişdir.

02.04.2019

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) regional idarəsinin məsul əməkdaşı Denise Lassarın rəhbərlik etdiyi heyətlə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi “Azərbaycanda insan alverinə qarşı mübarizədə milli potensialların artırılması” layihəsi çərçivəsində təşkilat tərəfindən görülən işlərin qiymətləndirilməsi ilə bağlı  müzakirələrin aparılması olmuşdur.

Xüsusən beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilərək növbəti Milli Fəaliyyət Planı layihəsi barədə fikir mübadiləsi aparılmışdır.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48