DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

02.04.2019

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi –VI Faza” layihəsi çərçivəsində insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə ilə bağlı müzakirələrin aparılması olmuşdur.

Xüsusən maarifləndirmə tədbirlərinin təşkil edilməsi, bu məqsədlə buklet və animasiyaların hazırlanması, həmçinin qısametrajlı videoların çəkilişi, eyni zamanda sosial mediada məlumatlandırma və digər növ maarifləndirmə imkanları müzakirə edilmişdir.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48