15 fevral 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndələri ilə görüş keçirilmişdir.

15.02.2017

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) Azərbaycan üzrə əlaqələndiricisi Bəyaz Zeynalova və müstəqil ekspert Elvira Mruçkovskanı “İnsan alveri qurbanlarına xidmət edən sığınacaqlar və yardım mərkəzləri üçün metodiki vəsait”in hazırlanmasını, habelə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda görülən işləri və əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədilə 15 fevral 2017-ci il tarixdə Baş İdarədə qəbul etmişdir.

İCMPD-nin nümayəndələri insan alverinə qarşı mübarizənin göstəriciləri, insan alveri qurbanlarının müəyyən edilməsi, istiqamətləndirilməsi və müdafiə edilməsi, yardımlarla əhatə olunması barədə məlumatlandırılmış, beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.

Sonra nümayəndələr Baş İdarəyə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa səfər etmiş, oranın bütün imkan və təchizatı ilə yaxından tanış olmuş, maraq doğuran suallar cavablandırılmışdır.

Təşkil olunmuş görüşə, sığınacağa səfərə və təqdim olunmuş məlumatlara görə nümayəndələr minnətdarlıq edərək Azərbaycan təcrübəsinin mübadilə edilməsi vacibliyini qeyd etdilər.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48