13 dekabr 2016-cı il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları ilə görüş keçirilmişdir.

13.12.2016

İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general mayoru Şərif Əsədullayev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, layihə koordinatoru Meltem Ersan və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin məsul əməkdaşı Alessandro Budaini 13 dekabr 2016-cı il tarixdə Baş İdarədə qəbul etmişdir.

Qonaqlar ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumatlandırıldı, beynəlxalq tərəfdaşların tövsiyələrinin yerinə yetirilməsi, bu məqsədlə daim beynəlxalq əməkdaşlığın diqqətdə saxlanılması vurğulandı və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olundu.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48